Magazin2
Castin Biber maliyyə böhranında: Ümid həyat yoldaşına qalıb
Dünyaşöhrətli kanadalı müğənni Castin Biberin maliyyə çətinlikləri yaşadığı iddia olunur.
Publika.az xəbər verir ki, sənətçi keçmiş meneceri Skuter Braunla bağlı borcları ödəmək üçün həyat yoldaşı, model və kosmetika brendi sahibi Heyli Biberin dəstəyinə ehtiyac duyur.
2022-ci ildə ləğv edilən “Justice World Tour”dan sonra investorların zərərlərini qarşılamaq üçün 26 milyon dollar ödəyən Biber, bu məbləği menecerindən və əlaqəli şirkətlərdən borc alaraq qarşılamışdı. Hazırda o, həm bu borcu, həm də 11 milyon dollardan artıq keçmiş komissiyaların yarısını ödəməlidir.
İddialara görə, Castin Biber həyat yoldaşı Heyli Biberin sahibi olduğu “Rhode” kosmetika brendinin məşhur “e.l.f. Cosmetics” şirkətinə satışından gələcək ödənişə bel bağlayıb. Müğənni bu gəliri borcunu qaytarmaq üçün istifadə etməyi planlaşdırır.
Sosial şəbəkələrdə məsələyə münasibət bildirən istifadəçilər “Artıq evin çörək qazananı Castin deyil, Heylidir”, – kimi zarafatlar ediblər.
Roza
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ


































