Magazin2
Məşhur aktrisa dişlərini fırçaladıqdan sonra İFLİC OLDU - FOTO
Sinqapurlu məşhur aktrisa Kimberli Çia dişlərini fırçaladıqdan sonra iflic olub.
Publika.az xəbər verir ki, o, başına gələn hadisə ilə bağlı "Instagram" səhifəsində paylaşım edib.
29 yaşlı aktrisa bir müddətdir yüngül, lakin davamlı bel ağrıları yaşadığını, lakin iyulun 17-də ağrılar qəfil güclənənə qədər buna məhəl qoymadığını izah edib.
Çia əlavə edib ki, dişini təmizləyərkən qusma refleksi onun gözlənilmədən irəli sıçramasına səbəb olub.
"Və sonra nəyinsə çıqqıldadığını hiss etdim. Bu, gözümün önündə ulduzların görünməsinə səbəb olan kəskin ağrı idi", - deyə o yazıb.
O, ağrıdan nə otura, nə də hərəkət edə bilib və əri onun üçün təcili yardım çağırıb. Aktrisa xəstəxanaya yerləşdirilib, lakin rentgen müayinəsi zamanı heç bir anormallıq aşkar edilməyib - həkimlər disk yırtığını istisna edib və xəstəliyin səbəbinin çox güman ki, əzələ gərginliyi olduğunu ehtimal ediblər.
Ağrıkəsicilərin bitməsinə və xəstəxanadan çıxmasına baxmayaraq, Çia hələ də əyilə və inamla hərəkət edə bilmir.
"Dönmək məcburiyyətində olanda bunu yavaş-yavaş etməli oluram. Maşın sürə də bilmirəm, çünki pedallara basmaq ağrı verir", - aktrisa əlavə edib.
Aktrisa hazırda fiziki müalicə kursu keçir və zədənin dərəcəsini müəyyən etmək üçün ortopedin qəbuluna getməyi planlaşdırır.
Hüseyn İbadlı
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ


































