Magazin2
Məşhur aktyor və güləşçi VƏFAT ETDİ
Amerikalı aktyor və güləşçi Halk Hoqan 72 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb .
O, iyulun 24-də səhər tezdən Florida ştatındakı ( ABŞ ) Klearvater şəhərindəki evində həyatla vidalaşıb. Təcili yardım operatorları jurnalistlərə bildiriblər ki, Hoqanın ürəyi dayanıb.
Hadisə şahidləri sənətçinin evinin yaxınlığında bir neçə polis maşınının və təcili yardım maşınlarının növbətçi olduğunu bildiriblər. Halk Hoqanın cəsədi xərəkdə aparılıb.
Hoqanın həyat yoldaşı Skay bir neçə həftə əvvəl onun komada olması ilə bağlı yayılan xəbərləri təkzib edərək, əməliyyatdan sonra ürəyinin yaxşı vəziyyətdə olduğunu deyib. Eyni zamanda mətbuatda sənətçinin may ayında keçirdiyi boyun əməliyyatından sonra fəsadlar yaşadığı barədə məlumatlar yayılıb.
Halk Hoqan, güləşi populyarlaşdıranlardan biri idi, onun sayəsində bütün ailə bu idman növünə baxmağa başlayıb. 1982-ci ildə "Rokki III" filmində kamo rolunu oynayaraq filmlərdə rol almağa başlayıb.
O, eyni zamanda 1995-ci ildə yeganə albomu "Hulk Rules Billboard Top Kid Audio Chart"də yer alan 2The Wrestling Boot Band"ın solisti idi.
Hüseyn İbadlı
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO






.jpg)
.jpg)














.jpg)










.jpg)