Magazin2
Vəhşicəsinə döyülən modelin anası TƏHDİD EDİLİR - “Səni tapacağıq”
Dubayda vəhşicəsinə döyülən ukraynalı model Mariya Kovalçukun anası təhdid dolu mesajlar alıb.
Publika.az xəbər verir ki, model bu barədə “Ostorozno Media”ya müsahibəsində bildirib.
Anna Kovalçukun sözlərinə görə, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı çox aqressiv davranıblar.
Qadına "Telegram"da yoxa çıxan mesaj yazıblar. Ona deyiblər ki, çox danışdığınız üçün sizi Norveçdə tapacağıq.
Modelin anası qeyd edib ki, o, güclü qorxu keçirib, yaşlı atasının və ailəsinin durumundan narahat olub.
Anna Kovalçuk bu mesajı göndərməkdə qızı şikəst edənlərdən şübhələnir. Onun sözlərinə görə, bunlar külli miqdarda pula sahib olan və hər şeyi pulla ölçən insanlardır: onlar üçün nə insan var, nə də insanlıq.
Nəşrin həmsöhbəti bildirib ki, bu hadisə ilə bağlı Norveç polisi ilə əlaqə saxlayıb.
Anna onu da əlavə edib ki, Mariyanın xəstəxanada olduğu ilk günlərdə uşağının heç vaxt yeriyə bilməyəcəyindən qorxub:
"Dünyada yeddi saatlıq çətin əməliyyatdan sonra qızımın narkozdan çıxmasını görməkdən qorxulu heçnə yox idi".
Hüseyn İbadlı
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər




































