Magazin2
Məşhur milyonçu dəhşətli şəkildə həlak oldu
Cənubi Afrikada məşhur Gondwana Safari Parkının qurucusu və direktoru FC Conradie faciəvi şəkildə dünyasını dəyişib.
Publika.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Safari parkında turist qrupunu müşayiət edən Conradie fil sürüsünün təhdid yaratdığını görərək onları uzaqlaşdırmaq istəyib. Lakin bu zaman təxminən altı ton ağırlığında olan Afrika fili ona hücum edib. Heyvan milyonerin üzərinə çıxaraq ölümcül xəsarətlər yetirib. Hadisə yerində olan əməkdaşlar iş adamını xilas edə bilməyib.
FC Conradie həmçinin idman sahəsində fəaliyyət göstərən “Caylix Group” şirkətinin də rəhbəri idi. O, təbiətə və heyvanlara olan sevgisi ilə tanınırdı. Xüsusilə fillərə böyük marağı vardı və onlarla yaxın təmasda olmaqdan çəkinmirdi.
Mərhum ailəli idi. Onun 33 yaşlı həyat yoldaşı və üç azyaşlı övladı qaldı. Safari parkın nümayəndəsi Conradiyenin ölümündən sarsıldıqlarını bildirib: “FC fillərə qarşı sonsuz sevgi bəsləyirdi və onlara güvənirdi. Onun itkisi parkımız üçün böyük bir boşluqdur.”
Gondwana Safari Parkı Cənubi Afrikanın ən prestijli təbiət turizmi mərkəzlərindən sayılır. Burada bir gecəlik qalmaq üçün qiymətlər 900 funt sterlinə qədər yüksəlir. Park dünyanın müxtəlif yerlərindən gələn məşhur şəxslər tərəfindən də tez-tez ziyarət olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.(Yenisabah.az)

-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər




































