Magazin2
Keçmiş sevgilisindən İlon Maskla bağlı şok iddialar
Amerikalı sahibkar və milyarder İlon Mask ilə onun keçmiş sevgilisi, aktrisa Ember Hörd arasındakı münasibətlə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Publika.az xəbər verir ki, məlumatı "Radar Online" dərc edib.
Mask ilə Hördün münasibəti 2017-ci ildə başlayıb və cəmi bir neçə ay davam edib. Bu müddət ərzində aktrisa rəfiqəsinə Maskın qısqanclığından şikayət edib. Hörd onun özünü dəli kimi apardığını söyləyib. Aktrisanın iddiasına görə, Mask onun evinə kameralar, maşınına isə dinləmə cihazları quraşdırıb.
Tez-tez küsüb barışan cütlüyün son ayrılığı 2017-ci ilin dekabrında Rio-de-Janeyro səfəri zamanı baş verib. Nəşrin yazdığına görə, mübahisədən sonra Hörd özünü otel otağına qapayıb və qışqırmağa başlayıb. Aktrisa Maskın onun pasportunu əlindən aldığını və onun hücum edəcəyindən qorxduğunu deyərək kömək istəyib.
Lakin otelin təhlükəsizlik işçiləri bunun belə olmadığını bildirirlər.
Xatırladaq ki, Ember Hörd keçmiş həyat yoldaşı, aktyor Conni Deppdən qalmaqallı şəkildə boşanmışdı.
Ləman
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
















.png)



















