Magazin2
Bekhemin oğlu və gəlini nikah andlarını təzələdi
Bruklin Pelts Bekhem və Nikola Pelts Bekhem həftə sonu nikah andlarını təzələyərək, sevgilərini bir daha rəsmiləşdiriblər.
Publika.az xəbər verir ki, bu barədə PEOPLE məlumat yayıb.
Bildirilir ki, dar çərçivədə, dostların əhatəsində keçirilib.
“Bu hadisə illər ərzində birlikdə qurduqları sevgi və öhdəliyi şərəfləndirmək üçün bir yol idi. Onlar əbədi qalacaq bir xatirə yaratdılar”, – cütlüyə yaxın mənbə bildirib.
Bruklin və Nikola 2019-cu ilin oktyabrında görüşməyə başlayıblar. 2020-ci ilin yanvarında onlar ilk olaraq İnstaqramda münasibətlərini təsdiqlədilər və yeddi ay sonra Bruklin evlilik təklifi etdi. Onların toyu 9 aprel 2022-ci ildə Pelts ailəsinin Floridadakı dəbdəbəli villasında baş tutub.
Cütlük bu ilin aprelində evliliklərinin üçüncü ildönümünü qeyd edib. Bruklin həyat yoldaşına nəhəng bir buket çəhrayı qızılgül və təsirli bir not göndərib.
Ancaq bütün bu romantika şayiələrsiz deyil: may ayında media Nikola, Bruklin və bəyin valideynləri arasında mümkün gərginliyi müzakirə etdi. Səbəb onların Londonda Devid Bekhemin 50 illik yubileyi şərəfinə təşkil olunan böyük ziyafətdən yayınmaları olub. Həmin vaxt mənbələr “cütlüklə ailə arasında münasibətlərdə gərginlik” barədə məlumat vermişdilər.
Devid və Viktoriya Bekhemin nümayəndələri şərh verməkdən imtina ediblər.
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı






.jpg)
.jpg)

















.jpg)









.jpg)