Magazin2
Şahzadənin xərçənglə mübarizəsi: Görün neçə kilo arıqlayıb
Uels şahzadəsi Keyt Middlton remissiyada (xəstəliyin əlamətlərinin və simptomlarının azalması və ya yox olması) olduğunu elan etdikdən altı ay sonra arıq görünüşü ilə narahatlığa səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Radar Online" məlumat yayıb.
Nəşrin mənbələrinə görə, 43 yaşlı Uels şahzadəsi Keyt Middlton 175 santimetr boyu ilə 40 kiloqrama qədər arıqlayıb. İndi onun çəkisi 10 yaşlı qızı Şarlottadan azdır. Nəşr iddia edir ki, iyul ayında onun görünüşü görənləri şoka salıb.
"Keyt narahatedici dərəcədə arıqdır və insanlar bunun xərçəng müalicəsindən sağalmağın çətinliyi və ya hətta residiv (yox olub getmiş hər hansı bir xəstəliyin yenidən təkrar olunması) əlaməti olduğundan narahatdırlar", - deyə insayder qeyd edib.
Bildirilir ki, şahzadə, əvvəllər atlet olmasına baxmayaraq, iştahını və əzələ tonunu itirib.
Qeyd edək ki, saraydan onun vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Keyt Middlton xərçəng xəstəliyindən əziyyət çəkir. 2024-cü ilin sentyabrında o, müalicəsini başa vurduğunu və yenidən rəsmi tədbirlərdə görünməyə başladığını elan edib. Sonradan məlum olub ki, onun xəstəliyi deyildiyindən daha ağır olub.
Adəm
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı





































