Magazin2
"Titanik"in ulduzundan etiraf: Kaş ki, soyunmasaydım
"Titanik" filminin ulduzu Keyt Uinslet illər sonra sözügedən filmdə məşhur soyunma səhnəsinə görə təəssüf hissi keçirdiyini etiraf edib.
Publika.az xəbər verir ki, aktrisa “The Sun” qəzetinə verdiyi müsahibəsində bildirib ki, gənc yaşda karyerasını sübut etmək istəyi onu bu addımı atmağa vadar edib.
"Kaş ki, o səhnədə bədənimi bu qədər göstərməsəydim. O vaxt düzgün seçim kimi görünürdü, amma indi fərqli düşünürəm", - deyə aktrisa qeyd edib.
Uinslet bildirib ki, bu səhnə üçün imza istəyən pərəstişkarlarının təkidi onu narahat edir: "Belə bir fotoya heç vaxt imza atmıram. İnsanların bunu niyə istədiyini anlaya bilmirəm. Bu məni çox narahat edir”.
Aktrisa kino sənayesində baş verən müsbət dəyişiklikləri də yüksək qiymətləndirib. O, artıq gənc aktyorların səhnədəki çılpaqlığı bir kənara qoyaraq, əvvəlkindən qat-qat cəsarətli və güclü olduğunu vurğulayıb.
Roza
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















