Magazin2
Öpüşmə səhnələri, yoxsa qaynana... - Ayrılığa nə səbəb oldu?

Türkiyəli məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabançının eşqi son 3 ildir ki, gündəmdən düşmür.
Publika.az xəbər verir ki, dünya mediasının belə izlədiyi cütlük son günlərdə ayrılıq xəbəri ilə gündəmi məşğul edir.
Cütlüyün son addımları xüsusilə Hande Erçel fanatlarını şok edib. Belə ki, cazibədar aktrisa "Instagram" hesabından Hakan Sabançı ilə olan bütün fotolarını silib. Qısa müddət sonra eyni addımı Hakan Sabançı da atıb.
Halbuki, Hande ilə Hakan bu yaxınlarda İtaliyada istirahət edib və ikisi də xoşbəxtlik fotoları paylaşıblar. Maraqlıdır ki, Hande Erçel son Bodrum tətilində isə tək olub.
Bütün bunlar münasibətləri boyunca dəfələrlə ayrıldıqları iddia edilən cütlüyün bu dəfə qərarlı olduğunu göstərir.
Bundan öncə 31 yaşlı aktrisanın həmkarı Barış Arduçla baş rolları paylaşdığı "Aşkı hatırla" adlı serialda öpüşmə səhnələri gündəm olub. Bu zaman Hakan Sabançının qısqanclıq zəminində münasibəti bitirəcəyi ilə bağlı dedi-qodular yayılıb. Ancaq cütlük münasibətlərində hər şeyin yolunda olduğunu paylaşımları ilə sübut edib.
Bəs hər şey yolunda ikən niyə ayrılıq qərarı verildi? Hazırda cütlüyün fanatları bu suala cavab axtarır. Kimiləri Hande Erçelin "Rüzgara bırak", "Aşkı hatırla" layihələrinin ardınca təkrar Barış Arduçla yeni bir layihədə - “Aşk ve Gözyaşları” serialında bir araya gəlməsinin bunda rol oynadığını iddia edir.
"Gel Konuşalım" verilişində Ece Erken isə ayrılığın səbəbinin başqa bir məsələdən qaynaqlandığını açıqlayıb. Onun sözlərinə görə, cütlüyün münasibətləri avqustun əvvəlindən pisləşib.
"Hande Erçel bacısı oğlu və bacısı ilə tətilə gedəndə artıq Hakanla ayrılmışdılar, sadəcə gözlədilər. Səbəb evlilikdir. Hande Erçel indi evlilikdən danışmaq istəyir, Hakan Sabançı da əslində evliliyə yaxındır. Bəlkə də buna görə Arzu Sabançı artıq bu münasibəti istəmir".
Cütlüyün ayrılmasında Hakan Sabançının anası Arzu Sabançının rol oynadığı ilə bağlı iddiaları gücləndirən detallar da var. Belə ki, Hande ilə Hakanın ayrılıq xəbərlərindən dərhal sonra Arzu Sabançının sosial media hesabındakı paylaşımı gündəmə gəlib. O, "Cəhalət də yuxu kimidir. Səni oyadan şəxsə ilk reaksiyan əsəbləşməkdir" sözlərini paylaşıb. Bu, uzun müddətdir oğlunun münasibətinə qarşı olduğu deyilən Arzu Sabançının ayrılığa reaksiyası kimi qəbul edilib.
Xatırladaq ki, illər öncə Arzu Sabançının digər oğlu Hacı Sabancını model Özge Ulusoydan ayırdığı ilə bağlı xəbərlər gündəm olmuşdu.
Ləman
.jpg)
.jpg)
.jpg)
.jpg)
-
Nida Xəbər 23:12
Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı - Düşmən necə darmadağın edildi?
-
İdman22:48
"Çelsi" son dəqiqədə qolu ilə "Liverpul"u MƏĞLUB ETDİ
-
Magazin122:10
Rasim Balayevin nəvəsinin toyudur - FOTO/VİDEO
-
Magazin121:36
İlkin ARB-də efirə qayıdır - VİDEO
-
Dünya20:12
Çin fəlakətlə üz-üzə - Ən yüksək xəbərdarlıq səviyyəsi elan edildi
-
İdman19:24
İspan futbolçu "Qarabağ"a qarşı oynaya bilər
-
Magazin119:00
Xalq artisti: "Günlərlə duş qəbul edə bilməmişəm"
-
Sosial12:06
Evinizdəki “Wi-Fi” təhlükəsi: Xəbəriniz olsun, şəxsi məlumatlarınız ələ keçirilir