Magazin2
Məşhur müğənni futbol ulduzuna ƏRƏ GEDİR
Amerikalı məşhur müğənni Teylor Svift futbolçu Trevis Kelsi ilə nişanlandığını elan edib.
Publika.az xəbər verir ki, müğənni bu barədə "Instagram" sosial şəbəkəsində paylaşım edib.
“Sizin ingilis dili müəlliməniz və bədən tərbiyəsi müəlliminiz evlənirlər”, - paylaşımda bildirilib.
Hələ iyun ayında Sviftin fanatları onun Kelsi ilə gizli şəkildə evləndiyinə dair şayiələri aktiv şəkildə yayırdılar.
Sviftin amerikalı futbol ulduzu Kelsi ilə münasibəti barədə xəbərlər ilk dəfə 2023-cü ildə ortaya çıxıb. Söhbətlər onların bir neçə dəfə birlikdə görüntülənməsindən sonra yayılıb. Üstəlik, müğənni Kelsinin NFL oyunlarına da qatılıb.
Oktyabr ayında Teylor Svift yeni partnyoru ilə öpüşərkən görüntülənib. Həmin vaxt müğənni Kelsinin komandası “Kansas Siti Çifs”in “Los-Anceles Çarcers” üzərində qələbə qazandığı oyuna gəlmişdi. Futbolçu artıq sevgilisini dostları ilə tanış etmişdi.
Mətbuat yazırdı ki, Svift futbolçu sevgilisi ilə 2024-cü ilin yayında nişanlanmağı planlaşdırırdı, lakin bu proqnoz reallaşmayıb.
Hüseyn İbadlı
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































