Magazin2
Özcan Denizin evinə SİLAHLI BASQIN - Ölümlə təhdid edildi
Türkiyəli sənətçi Özcan Deniz bu dəfə səhnə performansları ilə deyil, ailə problemi ilə gündəmə gəlib.
Publika.az "Haber Global"a istinadla xəbər verir ki, ifaçının qardaşı Ercan Deniz aralarında yaranan maddi mübahisə zəminində məşhur sənətçinin Zekeriyaköydəki evinə silahla basqın edib.
Ercan Deniz silahla qardaşının evinə gedərək, "Məndən oğurladıqlarını mənə verməsən, həm səni, həm də özümü öldürəcəyəm", - deyə onu hədələyib.
Ailə münaqişəsinin kökündə maliyyə problemlərinin dayandığı iddia edilir. Özcan Deniz illər əvvəl Ercan Denizin götürdüyü kreditlərə zamin olub, lakin borclar ödənilməyəndə, sənətçi külli miqdarda zərərə düşüb və onun bank hesablarına həbs qoyulub.
Qardaşların anası Kadriye Deniz bildirib ki, artıq övladları arasında anlaşma əldə olunub. Özcan iki villanı Ercanın adına keçirib.
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































