Magazin2
"Putini canlandırmaqdan qorxmadım" - FOTO
Məşhur aktyor Cud Lou, Olivye Assayasın siyasi trilleri olan “Kreml Sehrbazı” filmində Rusiya lideri Vladimir Putini canlandırmaqdan çəkinmədiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Variety" jurnalına müsahibəsində danışıb.
Lou deyib ki, bu rolu oynamaqdan qorxmayıb və rejissorun yanaşmasına güvənib. Onun sözlərinə görə, film sadəcə qalmaqal yaratmaq üçün çəkilməyib, daha geniş bir hekayənin bir hissəsidir.

Film Culiano da Empolinin eyni adlı bestseller romanı əsasında çəkilib. Hekayə Putinin hakimiyyətə gəlişini və onun siyasi məsləhətçisi Vadim Baranovla münasibətini təsvir edir. Baranov real şəxs olmasa da, Vladislav Surkovdan ilhamlanıb.
Lou xarici görünüşünü dəyişsə də, rus aksenti istifadə etməyib və öz səsi ilə gənc Putini canlandırmağa üstünlük verib.
Pol Deyno isə canlandırdığı Vadim Baranov obrazınının daxili dünyasını araşdırmağa çalışıb və onun “sadəcə pis” kimi etiketlənməsinin doğru olmadığını bildirib.
Rejissor Olivye Assayas deyib ki, film Putinin yüksəlişindən bəhs etsə də, əsas məqsəd müasir siyasətin necə dəyişdiyini göstərməkdir. O, filmin avtoritar liderlərə dair xəbərdarlıq xarakteri daşıdığını vurğulayıb.
Qeyd edək ki, Film Rusiyanın Ukraynaya davam edən hücumu fonunda daha da aktuallaşıb.
Xatırladaq ki, film bazar günü - 31 avqustda Venesiya Film Festivalında təqdim olunur.
Hüseyn İbadlı
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA






.jpg)
.jpg)




.jpg)






















.jpg)