Magazin2
İremin bu görüntüləri sevənlərini üzdü - FOTO
Məşhur aktrisa İrem Helvacıoğlu, keçirdiyi qəza ilə bağlı ilk dəfə danışıb. 8 aylıq hamilə olan Helvacıoğlu, dənizdə üzərkən üzərinə bir uşağın düşməsi nəticəsində boynundan xəsarət alıb. Xəstəxanaya aparılan aktrisanın həyati təhlükəsi olmasa da, boyunluq taxmaq məcburiyyətində qalıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Helvacıoğlu, həmkarları Ezgi Şenler və Ömer Gürgenin toyuna boyunluqla qatılaraq, səhhəti ilə bağlı açıqlama verib. Aktrisa vəziyyətinin düşündüyündən daha ciddi olduğunu etiraf edərək deyib:
"Əslində zədəm yalnız boynumla məhdudlaşmamışdı. Uzun müddət işarə barmaqlarımı heç tərpədə bilmirdim. İndi-indi hərəkət etdirə bilirəm."
Ulduz aktrisa, sağlamlıq vəziyyəti yaxşılaşdıqca işə qayıtmaq istədiyini vurğulayıb:
"Çəkilişlərdən ötrü çox darıxmışam. Körpəmi sağlam şəkildə qucağıma alım, mən də sağalım, dərhal işə başlamaq istəyirəm."
Əhvalını yüksək saxlayan Helvacıoğlu, həm hamiləliyinin dadını çıxardığını, həm də doğuşdan sonra setlərə dönüş üçün səbirsizləndiyini bildirib. (Milli.Az)
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































