Magazin2
Handedən ayrılan Hakan Sabançı danışdı: Anama çox hörmətsizlik edirlər...
Məşhur türkiyəli aktrisa Hande Erçelin keçmiş sevgilisi, iş adamı Hakan Sabançı ayrılıqları ilə bağlı sərt açıqlamalar verib.
Publika.az xəbər verir ki, Hakan Sabançı xəyanət iddiaları və anası Arzu Sabancıya ünvanlanan tənqidlərlə bağlı da danışıb.
Qeyd edək ki, 3 ilə yaxındır birlikdə olan cütlük ayrılma qərarı ilə gündəm olub və münasibətin bitməsinin səbəbi kimi müxtəlif iddialar ortaya atılıb.
İş adamı yayılan xəbərləri şərh edərək, həqiqətəuyğun olmadığını deyib.
"Qarşılıqlı şəkildə qərar verdik. Hər kəs nəsə deyir. Qərarın üçüncü şəxslərlə heç bir əlaqəsi yoxdur. Ailəmə, xüsusən də anama çox hörmətsizlik edirlər. Anam çox kədərlənir və bu səbəbdən, nəhayət, özü də açıqlama vermək məcburiyyətində qaldı.
Başa düşürəm, bu, şərhlərə açıq bir mövzudur, ona görə də gündəm yaratmağa çalışırlar. Lakin bu, iki şəxsin qərarıdır. Bir dəfə danışmışam, daha danışmayacağam.
Münasibətlər yaşanır, ancaq davam edə bilər və ya etməz, bu, iki nəfərin qərarıdır. Bu mövzunun başqa şeylərlə əlaqəsi yoxdur", - deyə Hakan Sabançı bildirib.
Həmçinin bir gün əvvəl anası Arzu Sabançı da cütlüyün ayrılıq qərarını özlərinin verdiyini və buna hər hansı şəkildə müdaxilə etmədiyini vurğulayıb.
(Oxu.az)
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər

























.jpg)









