Magazin2
Venesiyada ən yaxşılar seçildi
Münsiflər heyəti 82-ci Venesiya Beynəlxalq Film Festivalında amerikalı Benni Safdini ən yaxşı rejissor seçib.
Publika.az xəbər verir ki, mükafatlandırma mərasimi "YouTube"da yayımlanıb.
39 yaşlı rejissor öz ssenarisi əsasında “Qəza maşını” idman bioqrafik dramını lentə alıb. Film keçmiş güləşçi və qarışıq döyüş ustası Mark Kerrin həyat və karyerasından bəhs edir. Filmdə baş rolu Dueyn Conson canlandırıb. Filmdə Emily Blunt və Alexander Usyk də rol alıb.
Müsabiqədə "Qızıl Aslanı" Cim Jarmuşun “Ata, ana, bacı, qardaş” filmi qazanıb. Rejissorun komediya dram janrında çəkdiyi yeni filmi Nyu York, Paris və Dublindəki yetkin uşaqlar və onların valideynləri arasındakı münasibətdən bəhs edən üç hekayədən ibarətdir. Filmdə baş rollarda Keyt Blanşett, Viki Krieps, Adam Driver, Tom Ueyts və Şarlotta Ramplinq çəkilib.
Beynəlxalq kino mükafatları çərçivəsində Çinli aktrisa Sin Çjiley “Günəş hamımızın üzərində doğur” adlı filmdəki roluna görə ən yaxşı qadın rolu nominasiyasında qalib elan edilib. Aktrisanın emosional və dərin performansı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Ən yaxşı kişi rolu isə italiyalı aktyor Toni Servillo ya verilib. O, məşhur rejissor Paolo Sorrentinonun “Lütf” adlı filmindəki obrazı ilə tamaşaçıların və tənqidçilərin diqqətini cəlb edib. Servillonun rolu filmin dramatik xəttini gücləndirərək ona xüsusi dəyər qatıb.
Mükafatlandırma mərasimi sənət dünyasında böyük maraqla qarşılanıb və qaliblərin çıxışları sosial mediada geniş müzakirələrə səbəb olub.
Hüseyn İbadlı
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA
-
Nida Xəbər 26 Sentyabr 20:00Heydər Əliyev xanımı ilə Formula 1-də - FOTO






.jpg)
.jpg)












.jpg)















