Magazin2
Kim deyər ki, bu gözəllərin 50-dən çox yaşı var… – Gənc qalmağı nəyə borcludurlar?
Əvvəllər gəncliyi qoruyub saxlamağın əsas yolu sərt pəhrizlər və ağrılı, eyni zamanda da bahalı prosedurlar hesab olunurdu. Lakin zaman keçdikcə perspektivlər dəyişdi: indi şou-biznesdə diqqət idmana, sağlam həyat tərzinə və təbii gözəlliyə yönəlib.
Bəzi məşhur qadınlar 50 yaşdan sonra belə gözəlliklərini qoruyaraq bu həyat tərzinin möhtəşəm nəticələrini nümayiş etdirirlər. Artıq bir çox məşhur qadın gənc görünüşünü qorumaq üçün mürəkkəb üsullar əvəzinə, sadə, lakin həyat tərzinə çevrilmiş yaxşı vərdişlərə üstünlük verir.
Publika.az 50 yaşdan sonra belə gənc qalmağı bacaran həmin qadınların sirlərini təqdim edir:
Helli Berri - Fitness və minimalizmin gücü

Aktrisanın 59 yaşı olsa da, çoxları onun yaşının qırxdan yuxarı olmadığını düşünür.
Hellinin sirlərindən biri idmanı həyatının ayrılmaz hissəsinə çevirməsidir. O, həftədə ən azı beş dəfə məşq edir. Sənətçi boks, güc məşqləri və yoqaya üstünlük verir. Hər məşqə ən azı 30-40 dəqiqə vaxt ayırır. Bu, onun formasını, enerjisini və cəlbedici dərisini qorumağa kömək edir.
Aktrisa dəriyə qulluq rutinində isə minimalizmin tərəfdarıdır. Helli möhtəşəm görünən dəri üçün yalnız üç addımı izləyir: təmizləmə, nəmləndirmə və günəşdən qorunma. Berrinin evdə olarkən belə SPF tərkibli kremdən istifadə etdiyi bildirilir. O, baxım məhsullarının təmiz tərkibli olmasına diqqət edir.
Sənətçinin gündəlik qida rasioununda isə antioksidantlarla zəngin meyvə və tərəvəzlər yer alır.
Görünür, bu sadə qaydalar ona həqiqətən də kömək edib. Berri gənclik parıltısını əks etdirməyi hələ də bacarır.
Cennifer Lopez - Nizam-intizamın və sağlam həyat tərzinin qələbəsi

Cennifer Lopez 56 yaşı olmasına baxmayaraq, görünüşü ilə çoxlarını heyran edir. Onun şüarı disiplin və sağlam həyat tərzidir.
Sənətçi alkoqol və kofeindən tamamilə imtina edib. Çünki bunlar dəriyə zərərlidir və çox vaxt ləkələnməyə, erkən yaşlanmaya səbəb olur.
CeyLo yuxu rejiminə diqqət yetirir: o, həmişə gündə ən azı 7-8 saatını yuxuda keçirir. İş qrafikinə baxmayaraq, sənətçi heç vaxt yuxudan imtina edərək vaxt qazanmağa çalışmır.
Onun dəriyə qulluq rutini isə zəhmətsizdir. CeyLo da Helli Berri kimi, cəmi üç sadə addıma sadiq qalır: təmizləmə, nəmləndirmə və günəşdən qorunma. Ulduz müğənninin sirri bütün bunlara ciddi nizam-intizamla riayət etməsidir. Cennifer heç vaxt makiyajla yatmır. Hər səhər və axşam mütləq üz qulluğuna vaxt ayırır. Sənətçinin ətrafında olan insanlar onun disiplininin istənilən kosmetik prosedurdan daha təsirli olduğunu deyirlər.
Bütün bunlara görə, Cennifer gənclik və enerji simvolu olaraq qalmağı bacarır.
Şakira - Enerji və təbiiliyin təcəssümü

Şakiranın 48 yaşı olsa da, onun səhnədəki enerjisi ancaq 20-25 yaşlarında olan sənətçilərin performansı ilə müqayisə oluna bilər. Ulduzun əsas sirri idman və rəqsdir. O, fitneslə yanaşı, rəqsə də saatlarla vaxt ayırır.
Şakira da baxım mövzusunda təbiiliyə üstünlük verir. Sənətçi tərzini minimal makiyaj, enerjili və səmimi görünüşü ilə tamamlayır.
Onun gözəlliyi sübut edir ki, təbiilik və daim hərəkətdə olmaq bahalı prosedurlardan daha faydalıdır.
Ləman
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15 May 15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi












.jpg)
.jpg)
.jpg)
.webp)















.jpg)



