Magazin2
“Eurovision 2026” baş tutmayacaq? - Bir çox ölkə boykot edir
“Eurovision 2026” bir neçə ölkə tərəfindən boykot olunduğu üçün baş tutmaya bilər.
Publika.az xəbər verir ki, Hollandiya “Eurovision 2026” musiqi müsabiqəsində İsrailin iştirak edəcəyi təqdirdə onu boykot edəcək.
Bu barədə Hollandiyanın "AVROTROS" yayım şirkətinin yaydığı məlumatda bildirilib:
“AVROTROS Qəzza zolağında davam edən ağır insan iztirablarını nəzərə alaraq, indiki vəziyyətdə İsrailin iştirakına daha haqq qazandıra bilməz”.
Bundan əvvəl İspaniyanın mədəniyyət naziri Ernest Urtasun İsrailin yenidən yarışacağı təqdirdə Madridin geri çəkilə biləcəyini söyləmişdi. Baş nazir Pedro Sançes isə açıq şəkildə İsrailin mahnı müsabiqəsində iştirakdan kənarlaşdırılması ilə bağlı çağırış edib.
İrlandiyanın yayım orqanı "RTE" də İspaniyanı dəstəkləyərək, İsrailin "Qəzzada dəhşətli itkilər" fonunda müsabiqədə iştirakını "vicdansızlıq" adlandırıb.
BBC-nin məlumatına görə, Sloveniya da mahnı müsabiqəsini boykot etməyə yaxındır.
Qeyd edək ki, Vyanada 70-ci "Eurovision" Mahnı Müsabiqəsinin keçiriləcəyi gözlənilir. Avstriyanın paytaxtı üçüncü dəfədir ki, ona ev sahibliyi edəcək. Tədbirin 12-16 may 2026-cı il tarixlərində "Wiener Stadthalle"də baş tutması planlaşdırılır.
Ləman
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı


























.jpg)









