Magazin2
Elon Mask 3 övladının anası olan müğənnidən danışdı - İlk dəfə
Milyarder İlon Mask müğənni Qrayms ilə münasibətindən danışıb.
Publika.az xəbər verir ki, 54 yaşlı Mask Kanye Uest haqqında sənədli filmə çəkilib. Burada o, kanadalı müğənni və onun üç övladının anasından bəhs edib.
Sənədli filmin tanıtım videosunda Elon Mask əsl adı Klare Bouçer olan Qrayms ilə münasibətini belə izah edir:
“Klare “Mən səni sevirəm” deyir. Ertəsi gün o, “səndən nifrət edirəm” deyir. Onu anlamaq olmur”.
Videoda Kanye Uest etiraf edib ki, o, Elon Maskla ifaçının münasibətlərini düzəltməyə kömək edə bilməyib. O, texnologiya milyarderinə "Mənim cavabım yoxdur. Qalan hər şeyin cavabı var" deyib.
Qeyd edək ki, 2018-ci ildə görüşməyə başlayan Elon və Qrayms münasibətlərini 2022-ci ildə bitiriblər. Onların ilk övladı X Æ A-Xii 2020-ci ilin mayında anadan olub. Onların qızları Eksa Dark Sideræl 2021-ci ilin dekabrında surroqat ana vasitəsilə dünyaya gəlib. Cütlüyün kiçik oğlu Meçanikus onlar ayrıldıqdan sonra dünyaya gəlib.
Qrayms Maskın övladlarını ondan uzaqlaşdırdığını iddia etmişdi. 2024-cü ilin noyabrında müğənni beş aydır uşaqlarından birini görə bilmədiyini ifadə edərək "Mən onun resurslarına qarşı hər şeylə mübarizə aparıram və beş aydır körpələrimdən birini görə bilmirəm" deyib.
(Axşam.az)
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı


























.jpg)









