Magazin2
"Intervision 2025"in qalibi bu ölkə oldu
Moskvada keçirilən “İntervision 2025” beynəlxalq pop mahnı müsabiqəsində Vyetnam təmsilçisi Dık Fuk “Phu Dong Thien Vuong” mahnısı ilə qalib olub.
Publika.az xəbər verir ki, bu mahnı artıq öz ölkəsində hitə çevrilib.
İfaçı musiqi müsabiqəsini izləyən tamaşaçılara və ona dəstək verənlərə təşəkkürünü bildirib. 28 yaşlı Dık Fuk qeyd edib ki, o, 10 il əvvəl “Vyetnamın Səsi” layihəsinin laureatı olub və nəhayət, “İntervision” müsabiqəsində qalib gəlib.
Müsabiqədə ikinci yeri Qırğızıstan tutub - ölkəni “Nomad” qrupu “Jalgyz saga” (“Yalnız sənə”) adlı mahnı ilə təmsil edib.
Üçüncü yeri isə Qətər qazanıb. Bu ölkədən müğənni, bəstəkar və aktrisa Dana Əl-Mir çıxış edib. O, ərəb dilində “Huwa Dha Anta” (“Bu məhz sənsən”) adlı enerjili kompozisiya ilə səhnəyə çıxıb.
"Intervision" tarixi Soyuq Müharibə dövründə başlayan beynəlxalq mahnı müsabiqəsidir. 1960-cı illərdə sosialist bloku ölkələri tərəfindən "Eurovision"a alternativ olaraq yaradılmışdır. İlk festivallar Şərqi Avropada keçirilib, daha sonra müsabiqənin mərkəzi Polşanın Sopot şəhərinə köçüb. 1981-ci ildə Polşadakı siyasi hadisələrə görə müsabiqə dayandırılıb.
"Intervision 2025" bu ad altında son 15 ildə ilk və festival tarixində 10-cu buraxılış olub. Mahnı müsabiqəsinin finalı sentyabrın 20-də axşam Moskvanın “Live Arena” konsert salonunda baş tutub.
Hüseyn İbadlı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
























.jpg)









