Magazin2
Puqaçova qayınatasını sevməyib: O, nifrətin səbəbini açıqlayıb - FOTO
Məşhur müğənni Alla Puqaçova bu yaxınlarda keçmiş qayınatası Bedros Kirkorovu heç vaxt sevmədiyini açıq şəkildə bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Mk.ru" saytı məlumat yayıb.
Nəşr bunun səbəbini öyrənmək üçün araşdırma aparıb. Və məlum olub ki, Bedros Kirkorov yeganə oğlunun özündən on səkkiz yaş böyük və Kirkorovlar ailəsinə varis yetişdirmək şansı az olan qadınla evlənməsinin əleyhinə olub. Bedros oğlunun gənclik illərində Puqaçovaya aşiq olmasını bəyənməyib və ümid edib ki, bu hiss zamanla keçəcək. O, ümidlərini Filipin Varnadakı rus gömrük nümayəndəsinin qızı Katya adlı qadınla münasibət qurmasına bağlayıb.
Qeyd edək ki, Bedros vaxtilə "Mən bu birliyə xeyir-dua verdim!", - deyə nəşrin jurnalistinə məlumat veribmiş.
O, əmin idi ki, gənclər arasındakı bu yaxın dostluq Puqaçova olmasaydı, evlilik və uşaq dünyaya gətirməklə bitə bilərdi. Kirkorov hesab edib ki, Alla gəncin sevgisini təşviq etməməli və onunla evlənməyə razılıq verməməli idi. Qayınata bunu gəlinindən gizlətməyib. Vəziyyətlə tanış olan şou-biznes xadimləri deyirlər ki, Puqaçova bunu ona bağışlaya bilməzdi, çünki o, heç vaxt kiminsə onun planlarına mane olmasına dözmürdü.
Maraqlıdır ki, Puqaçova bu yaxınlarda verdiyi müsahibəsində xərçəng xəstəliyindən dünyasını dəyişən oğluna hər cür dəstək verməsini xahiş edən qayınanası Viktoriya haqqında xoş danışsa da, onların birliyinə etiraz edən Bedros haqda mənfi fikir səsləndirib.
Qeyd edək ki, Kirkorovun Puqaçova ilə evliliyi 11 il davam edib.
Adəm

-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir



























.jpg)









