Magazin2
Məşhur reper Rusiyadan görün neçə milyon dollar tələb etdi
Amerikalı məşhur reper Snoop Doqq ən azı 2 milyon dollar (3 milyon 400 min AZN) müqabilində Rusiyada konsert verməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, konsertin əsas şərtləri sırasına foto və video çəkilişlərə tam qadağa qoyulması, eləcə də bütün iştirakçılar tərəfindən məlumatın açıqlanmaması haqqında müqavilənin imzalanması daxildir.
Reperin prodüseri onu da qeyd edib ki, təşkilatçı yüksək səviyyəli şəxsi təyyarə ilə uçuş və beşulduzlu oteldə yerləşmə xərclərini də ödəməlidir. Müğənninin menyusuna qızardılmış toyuq və manqal yeməkləri, italyan yeməkləri, Meksika delikatesləri, bifteklər, balıq daxil olmalıdır. Bundan əlavə, soyunma otağında idman oyunları kolleksiyası olan "PlayStation 1" və böyük ekran, dörd joystik olmalıdır. Közərmə lampaları da məcburidir.
"Çerlidinqlər qrupunun ən azı 12 nəfər üçün nəzərdə tutulmuş duşu və tualeti olan ayrıca, kilidlənə bilən soyunma otağı olmalıdır", - postda vurğulanır.
Qeyd edək ki, Snoop Doqqun təhlükəsizlik tələblərinə eyni köynək geyinmiş 11 ingilis dilli mühafizəçi daxildir.
Adəm
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir



























.jpg)









