Magazin2
Ailəsi tərk etdi, həyatı dəyişdi: Dünya 20 yaşlı bu fenomendən danışır - FOTOLAR
20 yaşlı fenomen Fan Zihe qeyri-adi həyat hekayəsi ilə həm Çində, həm də Pakistanda milyonlarla insanın ürəyini fəth edib.
Publika.az xəbər verir ki, “South China Morning Post” qəzetinin yazdığına görə, Pakistanda körpə ikən karton qutuda tərk edilən Fan illər sonra Çində sosial media ulduzuna çevrilib və bu yaxınlarda pərəstişkarlarından biri ilə ailə həyatı qurub.
Pakistanda işləyərkən uşaq sahibi ola bilməyən çinli cütlüyün onu övladlığa götürməsi ilə Fan Zihenin taleyi dəyişib. Henan əyalətində böyüyən Fan, illər sonra bir video ilə həyatında dönüş nöqtəsi yaşayıb.

2023-cü ilin sonunda onun təsadüfən əriştə yediyi video Henan ləhçəsi sayəsində sürətlə viral olub. O vaxtdan bəri Fanın izləyicilərinin sayı sürətlə artaraq 1,8 milyonu keçib.
Sadə həyat tərzi ilə seçilən gənc sosial media hesablarında tez-tez kənd həyatı ilə bağlı hekayələr paylaşmağa başlayıb. Yetişdirdikləri məhsullları tanıtmaqla həm ailəsinə dəstək olub, həm də yerli iqtisadiyyata töhfə verib. Bu səbəbdən Fanın çinli pərəstişkarları onu “nağıl şahzadəsi” və ya “Henan şahzadəsi” adlandırıblar.

Daha sonra o, həyatının sevgisi ilə tanış olub. Lyu Xiaoshuai adlı çinli gənc qadının qətiyyəti və səmimiyyəti qarşısında valeh olub. Onlar sosial mediadan tanış olaraq aralarında güclü bir bağın təməlini qoyublar.
Üç ildir birlikdə olan cütlük sentyabrın 17-də evlənib. İzləyiciləri ikilinin toy mərasimindən olan görüntülərə “Əsl nağıl şahzadəsi” kimi şərhlər yazıblar.

Roza
-
İdman21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA
-
Nida Xəbər 20:00Heydər Əliyev xanımı ilə Formula 1-də - FOTO
-
Hadisə18:40“Masazır dairəsi”ndə dəhşətli qəza belə baş verib - Anbaan VİDEO
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə






.jpg)
.jpg)










.jpg)

















