Magazin2
Elvis Preslinin sirləri üzə çıxdı: Xanımının sevgilisini öldürmək istəyib
Məşhur müğənni Elvis Preslinin keçmiş həyat yoldaşı Prissilla Presli yeni çıxan “Softly, As I Leave You: Life After Elvis” adlı kitabında etirafları ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, qadının sözlərinə görə, Elvis, Prissillanın karate məşqçisi Mayk Stounla münasibətdə olduğunu öyrəndikdən sonra onu öldürmək istəyib.
Prissilla bildirib ki, əvvəlcə karateyə yalnız əri Elvisi təsirləndirmək üçün başlamışdı. Lakin sonradan məşqçi ilə münasibətləri yaxınlaşaraq romantik əlaqəyə çevrilib. O, bu münasibətlə Elvisin onu davamlı xəyanətinə cavab vermək istədiyini qeyd edib.
Kitabda qeyd olunur ki, bu hadisə Elvis üçün son dərəcə ağrılı olub. O hətta meneceri Co Espositoya Mayk Stoun üçün killer tapmağı tapşırıb. Lakin ailə üzvlərinin və yaxın ətrafının müdaxiləsi ilə Elvis bu niyyətindən imtina edib.
(Axşam.az)
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir



























.jpg)









