Magazin2
Ölümündən sonra sərvət qazandı
Yalovanın Çınarcık rayonunda yaşadığı mənzilin altıncı mərtəbəsindən yıxılaraq dünyasını dəyişən məşhur sənətçi Gül Tut (səhnə adı ilə Güllü) ölümündən sonra musiqi platformalarında böyük maraq görüb.
Publika.az xəbər verir ki, arabesk musiqisinin aparıcı simalarından olan sənətçinin mahnıları qısa müddətdə rəqəmsal platformalarda milyonlarla dinlənilib. Onun beş əsəri - "Sabah Olmadan", "Ödüm Kopuyor", "Kopamam Senden", "Değmezmiş Sana" və "Her Şeym Olmayan" - Türkiyənin ən populyar musiqi yayım platformalarından biri olan Spotify-da "ən çox yayımlananlar" siyahısına daxil olub.
"Spotify", "YouTube Music" və "Apple Music" kimi ödənişli platformalardakı dinlənilmələrin gətirdiyi qonorar milyonlarla lirəyə çatacaq. Bu gəlir isə sənətçinin qanuni varisləri - qızı və oğluna paylanacaq.
Güllünün qəfil ölümü sənət aləmində dərin hüzn yaradıb. Onun mahnıları isə ölümündən sonra bir daha gündəmə gələrək yeni nəslin də maraq dairəsinə daxil olub.
(Milli.az)
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































