Magazin2
Məşhur rus aktrisa VƏFAT ETDİ
Rusiya Xalq artisti, aktrisa və teatr pedaqoqu Rimma Belyakova 88 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə L.V. Sobinov adına Saratov Dövlət Konservatoriyasının "Telegram" kanalında məlumat verilib.
Rimma İvanovna Belyakova 2 fevral 1937-ci ildə anadan olub. 1961-ci ildə MXAT məktəb-studiyasını fərqlənmə ilə bitirib və yaradıcılıq yoluna Smolensk Dram Teatrının səhnəsində başlayıb. 1968-ci ildən etibarən onun həyatı və yaradıcılığı onilliklər boyunca Saratov Akademik Dram Teatrı ilə ayrılmaz şəkildə bağlı olub. Bu teatrın səhnəsində o, 40-dan çox parlaq obraz yaradıb.
Aktrisa fəaliyyəti ilə yanaşı, 1970-ci ildən etibarən Rimma İvanovna pedaqoji fəaliyyətə başlayıb və Saratov Teatr Məktəbində dərs deməyə başlayıb. 1985-ci ildən aktyor ustalığı kafedrasına rəhbərlik edib, 1993-cü ildə professor adı alıb. Bu illər ərzində ondan artıq aktyor kursu buraxmış, 30-dan çox diplom tamaşası səhnələşdirib.
1972-ci ildə ona RSFSR-in Əməkdar artisti, 2007-ci ildə isə Rusiya Federasiyasının Xalq artisti fəxri adı verilmişdir. 1998-ci ildə Şərəf ordeni ilə təltif olunmuş, pedaqoji istedadı “Qızıl maska” mükafatı (2016) və M.İ. Tsaryov adına mükafatla (2015) qiymətləndirilib.
Hüseyn İbadlı
-
ABŞ20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA
-
Nida Xəbər 20:00Heydər Əliyev xanımı ilə Formula 1-də - FOTO
-
Hadisə18:40“Masazır dairəsi”ndə dəhşətli qəza belə baş verib - Anbaan VİDEO
-
ABŞ17:42Trampdan xəbərdarlıq: "Bu, ölkəmizə baha başa gəlir"
-
MDB16:22Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan qaldırılır
-
MDB15:03Döyüşə balet rəqqası gedir? - Moskvada maraqlı məhkəmə
-
İdman14:48“Qarabağ”ın hücumçusu millisinə qələbə qazandırdı - VİDEO
-
Pul14:26Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib






.jpg)
.jpg)












.jpg)
















