Magazin2
Keçmiş bəyanatları başına bəla oldu - Türkiyədəki konsertini LƏĞV ETDİLƏR
Britaniyalı müğənni Robbi Uilyamsın oktyabrın 7-də İstanbulda keçirilməsi planlaşdırılan və bu şəhərdə debüt etməsi gözlənilən konserti İstanbul Əyalət İdarəsi tərəfindən ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatçı şirkət "RİA Novosti"yə məlumat verib.
“Oktyabrın 7-də Robbi Uilyamsın İstanbulda keçiriləcək konserti İstanbul əyalət hökuməti tərəfindən ləğv edilib” - təşkilatçılar agentliyə bildiriblər.
Şirkət əmin edib ki, alınan bütün biletlərin pulu tamaşaçılara tam şəkildə geri qaytarılacaq.
Uilyams daha əvvəl Bodrumda çıxış edib. Türkiyə mətbuatına verdiyi müsahibələrdə o, xüsusilə həyat yoldaşı Ayda Fieldin türk əsilli olduğunu nəzərə alaraq, İstanbula səfər etmək arzusunda olduğunu bildirib. Ancaq bir neçə türk təşkilatı, Uilyamsın İsraili dəstəklədiyi üçün keçmiş bəyanatlarına görə səlahiyyətliləri konserti ləğv etməyə çağırıb.
Konsertin yeri təşkilatçılar tərəfindən iki dəfə dəyişdirilib. Nəhayət, İstanbulun qərbində yerləşən Ataköy səmtində açıq havada konsert salonu seçilib. Biletlərin qiyməti lansman zamanı 100 dollardan konsert tarixinə yaxın 155 dollara qədər dəyişirib. VIP biletlər 480 dollardan yuxarı qiymətə təklif edilib.
Hüseyn İbadlı
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









