Magazin2
Hadise saxlanılmasından danışıb ağladı: Həyatımda ilk dəfə... - VİDEO
Xəbər verdiyimiz kimi,Türkiyədə aparılan əməliyyat çərçivəsində saxlanılan Hadisə ifadə verdikdən sonra günün ikinci yarısında sərbəst buraxılıb və axşam keçiriləcək Ankara konsertini ləğv etməyəcəyini rəsmi şəkildə açıqlayıb.
Publika.az xəbər verir ki, çox növlü analiz vermək məcburiyyətində qalan 19 məşhurdan biri olan müğənni Hadisə, Ankarada səhnəyə çıxaraq yaşananları tamaşaçılara özü danışıb.
Səhnəyə bir qədər gec çıxan Hadisəbaşına gələnlərdən bəhs edib:
"Sizləri gözlətdiyimiz üçün üzr istəyirəm, amma bu, bizim əlimizdə deyildi. Çatmaq çox çətin oldu. Menecerim Haluk Şentürkə təşəkkür edirəm, mənim üçün xüsusi təyyarə təşkil etdi. O olmasaydı, vaxtında gələ bilməzdik.
İcazənizlə, bu gün haqqında sizə bir az danışmaq istəyirəm. Həyatımda ilk dəfə səhər saat 6:30-da qorxaraq oyandım. Qapım dəhşətli şəkildə döyülürdü. Bacım Derya da yanımdaydı, dedim ki, 'nə baş verir?' Mühafizəçiyə zəng etdim, o saatda qapını açmaq istəmədim.
'Jandarma gəlib, sizi aparmağa' dedilər. Bu cümlə çox dəhşətlidir, əvvəlcə bunu deyim. Amma çox nəzakətli davrandılar. İndi 14 saat keçib. Bunu demək istəyirəm: Hər kəsin başına bir şey gələ bilər, amma mən siqaret belə çəkmirəm.
Bu əməliyyatda adımın çəkilməsi mənə çox ağır gəldi. Psixoloji olaraq təsirləndim. Məni ailəm fərqli böyüdüb. Mən işini sevən bir qadınam və bu yerə heç kimin pulu ilə yox, öz zəhmətimlə gəlmişəm - nə ata, nə ana, nə də keçmiş sevgili pulu ilə.
Bu şəkildə xatırlanmaq və sizin qarşınızda bu məsələ ilə gündəmə gəlmək məni çox incitdi. Bunu bilməyinizi istərdim."
(Milli.az)
-
Rəsmi xronika16:23İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi



























.jpg)

.jpg)








