Magazin2
"Kiss" qrupunun solisti vəfat etdi - FOTO
"Kiss" qrupunun aparıcı gitaristi Pol "Eys" Freyli 74 yaşında vəfat edib
Publika.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Nəşr qeyd edib ki, musiqiçi cümə axşamı, oktyabrın 16-da studiyasında keçən ay yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Freylinin beyninə qan sızması onu qarşıdakı konsertlərini ləğv etməyə məcbur edib.
"Biz onun bütün ən yaxşı xatirələrini, gülüşlərini əzizləyirik və başqalarına bəxş etdiyi güclü və xeyirxahlığını qeyd edirik. Onun vəfatının böyüklüyü epik və anlaşılmazdır. Onun bütün inanılmaz nailiyyətləri üzərində düşünərkən, "Eys"in xatirəsi əbədi olaraq yaşayacaq!", - bu barədə musiqiçinin ailəsi açıqlama yayıb.
Freyli "Kiss" qrupunda 1973-cü ildə qurulduğu gündən 1982-ci ilə qədər çıxış edib. Daha sonra solo karyerasına başlayıb. 1996-cı ildə "Kiss" musiqiçiləri ilə yenidən birləşib və 2002-ci ilə qədər onlarla əməkdaşlıq edib. Sonra isə qrupu bir daha tərk edib.
Hüseyn İbadlı
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı











.jpg)














.jpg)









