Magazin2
91 yaşda əməliyyat olunan ecazkar aktrisadan xəbər var
Ecazkar görünüşü, istedadı ilə pərəstişkarlarının sevimlisinə çevrilmiş məşhur fransız aktrisa Bricit Bardo əməliyyatdan sonra evinə qayıdıb.
Publika.az "Noovo"ya istinadən xəbər verir ki, o, əməliyyatdan sonra öz yaxınları, nümayəndələri ilə əlaqə qurub.
Ulduzun ofisindən verilən məlumatda deyilir ki, sənətçi qısa müddətə Tulondakı Sen-Jan özəl xəstəxanasının reanimasiyasına yerləşdirilib və burada kiçik əməliyyat keçirib. Əməliyyat çox uğurlu olub.
"O, hazırda evdə dincəlir, heç bir sorğuya cavab verməyəcək və şəxsi həyatına, dincliyinə hörmət etən hər kəsə təşəkkür edir", - bəyanatda deyilir.
Bundan əlavə, sənətçinin nümayəndələri əlavə ediblər ki, 91 yaşlı Bardo sağlamlığı ilə bağlı narahat olan hər kəsə təşəkkür edib. O, həmçinin onun sağalmasını təmin edən cərrahiyyə komandasına və bütün heyətə minnətdarlığını bildirib.
Tural
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı











.jpg)














.jpg)









