Magazin2
"Yeşilçam"ın sultanını bir də belə görün - Zərafət GÖZ QAMAŞDIRIR / FOTO
"Yeşilçam"ın sultanı Türkan Şoray illər sonra qızı Yağmur Ünalın prodüserliyi ilə rəqəmsal platforma üçün çəkiləcək “Tabancalı Kız” serialı ilə ekranlara qayıtmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Akşam" məlumat yayıb.
Bildirilib ki, Türkan Şorayın layihə ilə bağlı fikirlərinin ziddiyyət təşkil etməsi diqqət çəkib.
Serialda texnologiyanın təqdim etdiyi üz dəyişdirmə imkanları ilə 80 yaşlı Şoray gənclik halında yer alacaq. O, süni intellektin kinoda duyğunu əks etdirmədiyini bildirib.
“Kinodakı görüntü duyğulara xitab edir. Süni intellektdə duyğu yoxdur. İstəsə dünyanın ən gözəl montajını etsin, ən gözəl görüntüləri təqdim etsin, amma o duyğu sizə keçmədikdən, toxunmadıqdan sonra əks etdirdiyi sadəcə maddədir”, - aktrisanın bu sözləri seriala olan marağı daha da artırıb.
Tanınmış aktrisa həmçinin qadın həmkarlarının 35 yaşdan sonra baş rollarda yer ala bilmədiyini vurğulayıb.
“Dünyada və Türkiyədə 35 yaşdan sonra artıq baş rolda oynamırsınız. Gənc və çox gözəl olmalısınız. Müəyyən yaşdan sonra kino sizi nəzərə almır”, - deyərək o, yeni bir müzakirənin əsasını qoyub.
Çəkilişlərdə üz dəyişdirmə (face swapping) texnologiyasından istifadə ediləcək və gənc aktrisanın performansının üzərinə Türkan Şorayın siması rəqəmsal şəkildə inteqrasiya olunacaq.
Hüseyn İbadlı
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


































