Magazin2
Məşhur bəstəkar otel otağında ÖLÜ TAPILDI - FOTO
Rumın mədəniyyəti əvəzolunmaz itki ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə News.ro nəşri məlumat yayıb.
Bildirilib ki, ölkənin milli caz məktəbinin banisi kimi qəbul olunan tanınmış bəstəkar və pianoçu Mirça Tiberian 71 yaşında vəfat edib.
İncəsənət ustası Qalaç şəhərindəki otel otağında axşam konsertindən dərhal sonra dünyasını dəyişib. Səhər yeməyində iştirak etmədiyinə görə narahat olan həmkarları onun cansız bədənini aşkar ediblər.
Ölüm səbəbi ilə bağlı məlumat hələ açıqlanmayıb.
Tiberian musiqi təhsilində dərin iz qoyub. O, Buxarest Milli Musiqi Universitetində caz kafedrasının qurucusu və professoru olub, bu vəzifəni 1991-ci ildən etibarən icra edirdi. Musiqiçinin yaradıcılıq irsi Rumıniya Bəstəkarlar İttifaqının dörd mükafatı və Rumıniyada üç "İlin musiqiçisi" adı ilə tanınıb.
Tiberian son studiya işi 2008-ci ildə təqdim olunan “Ulis” albomu olub.
Hüseyn İbadlı
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


































