Magazin2
Rusiyanın məşhur müğənnisi zəhərləndi: Xalq artistini öldürməyə çalışıblar?
Rusiyanın Xalq artisti, məşhur müğənni Qriqori Lepsin qastrol səfərləri zəhərlənmə səbəbindən ləğv oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb. Kanal ulduz müğınniyə yaxın mənbəsinə istinad edib.
"Mash"ın məlumatına görə, müğənni 19 oktyabrda Vladivostokda verdiyi konsertdən sonra təcili olaraq xəstəxanaya yerləşdirilib. Sənətçi Moskvanın Botkin Xəstəxanasının həkimlərindən ona tibbi yardım göstərilməsini xahiş edib. Nəşr iddia edir ki, sənətçi artıq korporativ tədbirləri də ləğv edib və onun turnesi ən azı oktyabrın sonuna qədər dayandırılıb. Qeyd edək ki, sosial şəbəkələrin Rusiya seqmentində bəzi qüvvələrin Lepsi zəhərləmələri barədə şaiyələr yayılıb. Xalq artisti son illər təkcə 18 yaşlı qızla nişanlanmasına gprə yox, Rusiyanın Ukraynada başlatdığı müharibənin qatı tərəfdarı kimi də tez-tez gündəmə gəlib.
Mənbələr onu da vurğulayıblar ki, Lepsin zəhərlənməsi adi xəstəlik deyil, ciddi sağlamlıq problemidir: "Onun vəziyyəti ağırdır və Kazanda keçiriləcək konserti də ləğv edilə bilər".
İnsayderlərin məlumatına görə, sənətçi hazırda qapalı rejimlə müalicə alır.
Tural
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
















.jpg)



















