Magazin2
Angelina Colinin Ukraynada saxlanılan sürücüsündən xəbər var
Hollivud ulduzu Ancelina Colinin kortejindəki sürücülərdən biri olan Dmitri Pişçikov Ukrayna ordusuna cəlb olunduğunu təsdiqləyib.
Publika.az xəbər verir ki, o, bu barədə "TSN" televiziya kanalına açıqlama verib.
Pişçikovun sözlərinə görə, o, yoxlama məntəqəsində saxlanılıb və hərbi tibbi komissiyanın son tibbi rəyi də daxil olmaqla bütün sənədləri qaydasında olsa da, "təfərrüatları dəqiqləşdirmək üçün" hərbi komissarlığa getməsi istənilib.
"Plan belədir: təlimi başa vurmaq və orduda xidmət etmək", - deyə o bildirib.
Sürücü özünü yaxşı hiss etdiyini, lakin hərbi komissarlıq zabitlərinin yoxlama məntəqəsində və həbsdən sonrakı hərəkətlərindən qəzəbləndiyini qeyd edib.
Qeyd edək ki, Ancelina Coli bir neçə gün öncə Ukraynanın Xerson şəhərinə səfər edib. Səfər zamanı kortejdəki nəqliyyat vasitələrindən birinin sürücüsü Dmitri Pişçikov şəxsiyyətini təsdiq edən sənədləri olmadığı üçün hərbi komissarlıq əməkdaşları tərəfindən saxlanılıb. Pişçikov çağırışçı statusunu müəyyən etmək üçün hərbi komissarlığa aparılıb. Ukrayna Silahlı Qüvvələrinin açıqlamasında bildirilib ki, araşdırma zamanı onun ehtiyatda olan zabit olduğu və səfərbərlikdən möhlət üçün təsdiq edilmiş əsası olmadığı üzə çıxıb.
Ancelina Colinin xahişinə baxmayaraq sürücü azad edilməyib.
Dmitri Pişçikovun dəfələrlə Ukrayna Silahlı Qüvvələrinə ianə göndərdiyi və hətta avtomobilini orduya bağışladığı bildirilir.
Ləman
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)

























