Magazin2
“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ - FOTO
Məşhur alman əkizlər - Alisa və Ellen Kessler 89 yaşında dünyasını dəyişiblər.
Publika.az BILD-ə istinadən xəbər verir ki, əfsanəvi sənətçilər Qrünvalddakı evlərində birlikdə intihar ediblər.
Qeyd olunur ki, bir-birindən ayrılmayan bacılar öləndə də bir-birlərinə sadiq qalıblar. 2024-cü ilin aprelində əkizlər vəsiyyət ediblər ki, sevimli anaları Elza və itləri Yellonun külü ilə birlikdə tək qabda basdırılsınlar.
Məlumata görə, polislər məşhur əkizlərin evinə gəlib və bacıların ölümünü təsdiqləyiblər.
Qeyd edək ki, Alisa və Ellen Kessler 60 ildən çox səhnədə çıxış edərək, səhnəni Frank Sinatra, Fred Aster və Harri Belafonte kimi sənətçilərlə bölüşüblər. Onlar 17 albom yazdırıblar və çoxsaylı filmlərdə, o cümlədən "Lüksemburq qrafı" (1957), "Maritza" (1958) və "İşğalçılar" (1961) kimi filmlərdə çəkiliblər.
Xatırladaq ki, əkizlər çoxsaylı mükafatlara, o cümlədən 2025-ci ildə aldıqları "Qızıl Montrö" qızılgülü, "Federal Xidmət Xaçı" və "Bavariya Fəxri Ordeni"nə layiq görülüblər. Onların doğma şəhəri Nerxau alman mədəniyyətinə verdikləri böyük töhfələri qiymətləndirərək onları fəxri vətəndaş elan edib.
Onu da əlavə edək ki, 1959-cu ildə əkizlər Almaniyanı “Avroviziya” Mahnı Müsabiqəsində təmsil edərək səkkizinci yeri tutublar.
Adəm

-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































