Magazin2
Əməkdar artistin titulu əlindən alınır: Rəfiqəsi şikəyət etdi - BORCUMU QAYTARMIR/FOTO
Rusiyalı aktrisa Janna Epple ödəyə bilmədiyi borcuna görə, "Əməkdar artist" titulundan məhrum edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, belə bir şikayəti onun keçmiş rəfiqəsi edib. O, 7 ildir ödəyə bilmədiyi borcuna görə, rəfiqəsinin Rusiyanın "Əməkdar artisti" titulundan məhrum edilməsini tələb edib.
Hekayə 2010-cu ildə başlayıb. Ərini itirən Epple mənzili müqabilində ipoteka götürür, amma borcunu ödəyə bilməyib və kömək üçün tanışı, psixoloq və daşınmaz əmlak agentliyinin sahibi Kapitolina Polyanskayaya müraciət edib. Polyanskaya isə aktrisaya 154 min avro verib.
Borc qismən ödənilsə də, 2018-ci ilə qədər Epple yalnız 53.000 avro ödəyə bilib. Polyanskayanın sözlərinə görə, bundan sonra aktrisa ünsiyyəti dayandırıb. Bir il sonra onun rəfiqəsi məhkəməyə müraciət edərək yerdə qalan 102.000 avro və təxminən 7.000 avro faiz tələb edib. 2023-cü ildə məhkəmə cavabdehə borcunu indiki məzənnə ilə ödəməsi ilə bağlı qərar verib, lakin 61 yaşlı aktrisa iflas olduğunu bildirib. Arbitraj işi qəbul edib və əmlak satışa çıxarılıb, lakin bu, borcun qaytarılmasını təmin etməyib.
İllərlə nəticəsiz davam edən məhkəmə çəkişmələrindən sonra Polyanskaya Eppleni "Əməkdar artist" titulundan məhrum etmək üçün vəsatət qaldıraraq iddia edib ki, öhdəliklərinə məhəl qoymayan şəxs dövlət mükafatına layiq ola bilməz.
Aktrisanın yaxın dostu Evelina Bledans və Epplenin oğulları vəziyyəti şərh etməkdən imtina ediblər. Aktrisanın özü isə hələlik jurnalistlərin suallarını cavablandırmayıb.
Adəm

-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































