Magazin2
Məşhur reper Obamaya pul verdiyinə görə 14 il həbs cəzası aldı
Amerikalı hip-hop qrupu "The Fugees"in üzvü olan reper Pras (Prakazrel Samuel Michel) ABŞ-ın keçmiş prezidenti Barak Obamanın seçki kampaniyasını qanunsuz maliyyələşdirdiyinə görə 14 il həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, musiqiçi Malayziya dövlət fondu "1Malaysia Development Bhd"dən (1MDB) vəsait mənimsədiyinə görə beynəlxalq axtarışda olan malayziyalı iş adamı Co Loudan 120 milyon dollardan çox pul alıb.
Müstəntiqlər müəyyən ediblər ki, reper vəsaitin bir hissəsini Obamanın 2012-ci il kampaniyasını maliyyələşdirmək üçün istifadə edib.
O, həmçinin şahidləri susdurmaqla və məhkəməyə yalan məlumat verməklə Lou ilə bağlı istintaqa mane olub.
Reper məhkəmədə ifadə verməkdən imtina edib. O, nəticədə digər məsələlərlə yanaşı, xarici hökumətin qeydiyyatsız agenti kimi fəaliyyət göstərməkdə də günahkar bilinib.
Reperin vəkili hökmdən apelyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.
Ləman
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































