Magazin2
Qalmaqallı müsabiqədə sular durulmaq bilmir: 28 yaşlı gözəl tacından imtina etdi - FOTO
"Miss Estoniya 2025"in qalibi Brigitta Şabak tacından imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
28 yaşlı gözəl bərabərlik və qadınların güclənməsi üçün çalışdığını və "Miss Estoniya" ilə əlaqəsi olmadan bu işi müstəqil şəkildə davam etdirmək niyyətində olduğunu söyləyib.
Şabak qeyd edib ki, onun şəxsi dəyərləri milli müsabiqənin direktoru Natali Korneyçikin dəyərlərindən fərqlənir.
Təşkilatçılar isə onun qərarının heç bir şəxsi münaqişə ilə əlaqəli olmadığını vurğulayıblar. Onlar deyirlər ki, Korneyçik Şabakın "Miss Universe" müsabiqəsində iştirakını təmin etmək üçün əlindən gələni edib.
Təşkilatçılar, həmçinin gənc qadının müsabiqə ilə bağlı mənfi şərhlərinin yersiz və imzaladığı müqaviləyə zidd olduğunu da diqqətə çatdırıblar.
Qeyd edək ki, "Kainat Gözəli" gözəllik müsabiqəsi noyabr ayında Taylandda keçirilib. 74-cü dəfə keçirilən müsabiqə bəlkə də əvvəllər heç vaxt bu qədər xoşagəlməz sürprizlər və səs-küylü qalmaqallarla yadda qalmamışdı. Əsas qalmaqal finaldan sonra baş verib: keçmiş münsif üzvü və bəstəkar Omar Arfuş 25 yaşlı meksikalı Fatima Boş Fernandezin qələbəsinin saxta olduğunu iddia edib.
Ləman
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































