Magazin2
"Bred Pitt" daha bir qadını müflis etdi
Patrisiya adlı isveçrəli təqaüdçü Hollivud ulduzu Bred Pitt kimi davranan fırıldaqçının qurbanı olub.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Məlumata görə, Patrisiya saxta Bred Pittlə 2024-cü ilin may ayında yazışmağa başladığını bildirib. Qadın aktyorun rəsmi "Instagram" səhifəsini izləyib və tezliklə Hollivud ulduzunun menecerindən mesaj alıb. O, aktyorla şəxsən danışmağı təklif edib, Patrisiya razılaşıb.
Təqaüdçünün sözlərinə görə, onun "Bred Pitt"lə yazışmaları tezliklə daha romantik hala gəlib. Fırıldaqçı qadının həyatı ilə maraqlanıb və onu sevdiyini açıq şəkildə bildirib.
Şəxsi görüşlərinin müzakirəsi zamanı "Bred Pitt" menecerinin görüşləri üçün böyük məbləğ tələb etdiyini iddia edib. Patrisiya ona inanıb və pul göndərib. Ancaq fırıldaqçının pul istəyi getdikcə artıb.
Ümumilikdə, qadın 90 000 funt (təxminən 200 min manat) sterlinqdən çox pul ödəyib. Nəhayət "Bred Pitt" Patrisiyanı ABŞ-da görüşə dəvət edib. Qadın Los-Ancelesə gedib, lakin üç həftə oteldə tək qalmalı olub.
Görüşə bilmədikdən sonra İsveçrəyə qayıdan Patrisiya bir fransız qadının da oxşar fırıldağın qurbanı olduğunu öyrənib. Yalnız bundan sonra aldadıldığını başa düşən təqaüdçü polisə müraciət edib.
Ləman
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































