Magazin2
Məşhur aktrisanın başı dərddə: Həbs oluna bilər - FOTO
İstanbul Baş Prokurorluğu tanınmış aktrisa Meral Kaplanın sahibi olduğu sağlamlıq mərkəzində araşdırma başladıb.
Publika.az xəbər verir ki, iddialara görə, mərkəzdə tətbiq edilən biorezonans müalicəsi lisenziyası olmayan şəxslər tərəfindən həyata keçirilib. Aktrisa haqqında 3 ilə qədər həbs istənilir.
İddianaməyə görə, mərkəzin sahibi Meral Kaplan, köməkçiləri Azra Bolkar və Bahar Uysal şübhəli şəxs qismində qeyd olunub.
Meral Kaplan mərkəzdə istifadə olunan cihazın tibb cihazı olmadığını, biorezonans müalicəsinin xüsusi ixtisas tələb etmədiyini bildirərək ittihamları rədd edib. Köməkçiləri isə icazə olmadan əməliyyat həyata keçirmədiklərini vurğulayıblar.
Hakim mərkəzin iş yeri lisenziyası, icazəsi və fəaliyyət tarixinin araşdırılması üçün müvafiq qurumlara sorğu göndərilməsinə qərar verib və iş növbəti iclasa qədər təxirə salınıb.
Qeyd edək ki, Meral Kaplan qalmaqallarla tez-tez gündəmə gəlir. Bu ilin iyul ayında Arnavutköydə bir ərazinin satışında saxta sənəd tərtib etdiyi iddia edilərək gözaltına alınan aktrisa, daha sonra sərbəst buraxılmışdı. Həmçinin o, 20 milyon lirəlik dələduzluq iddialarını da rədd etmişdi.

-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































