Magazin2
Ərdoğana görə boşanmağımızı bir il təxirə saldıq - Müğənnidən təəccübləndirən etiraf
Türkiyəli məşhur müğənni Sinan Akçıl keçmiş həyat yoldaşı Burcu Kıratlı ilə boşanma prosesindən danışıb. O, bu proseslə bağlı ilk dəfə diqqətçəkən detalı açıqlayıb.
Publika.az xəbər verir ki, Yasemin İlana açıqlama verən Akçıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona evliliyini bitirməzdən əvvəl bir daha düşünməyi tövsiyə etdiyini söyləyib:
“Prezidentimiz boşanmağımın türk gəncləri üçün yaxşı nümunə olmayacağını söylədi. Mənə yenidən cəhd etməyi təklif etdi”.
O, görüşün Burcu Kıratlı və Əminə Ərdoğanın da iştirak etdiyi bir mühitdə keçdiyini bildirib.
Müğənni Prezidentin məsləhəti ilə boşanma qərarını bir müddət təxirə saldıqlarını etiraf edib.
“Prezidentimiz boşanmağımı bir il təxirə salmağa təkid etdi. Məntiqli şeylər dedi. Ona görə də yenidən cəhd etdik, alınmadı”, - deyə Sinan diqqətə çatdırıb.
Xatırladaq ki, 2018-ci ildə ailə həyatı quran cütlük 9 aydan sonra yollarını ayrılıb. Lakin qısa müddətdən sonra barışan Sinan-Burcu cütlüyü 2021-ci ildə yenidən ailə qurub. Onların ikinci evliliyi isə 15 ay çəkib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































