Magazin2
Məşhur müğənni: Sənətçiləri tənqid edənlər mütləq cərimələnməlidir - FOTO
"Qlükoza" səhnə adı ilə çıxış edən rusiyalı müğənni Natalya Çistyakova-İonova sosial şəbəkələrdə bullinqə görə cərimələrin tətbiqi ideyasını dəstəkləyib.
Publika.az xəbər verir ki, o bununla fikirlərini sosial mediada paylaşıb.
"Qlukoza"ya görə, bir çox sosial media istifadəçiləri zarafat və sənətçilərə qarşı açıq-aydın kobudluq arasındakı fərqi başa düşmürlər. O, gülməli şərhləri oxumağı xoşladığını və yumor hissi olan izləyicilərinə pərəstiş etdiyini qeyd edib.
"Yumor, zarafat əladır. Lakin bu, açıq-aydın kobudluq, təhqir forması aldıqda mütləq cəzalandırılmalıdır", - deyə müğənni bildirib.
Xatırladaq ki, bu günlərdə Rusiya Dövlət Dumasına məktəblərdə zorakılığa, bullinqə görə cərimələr haqqında qanun layihəsinin təqdim ediləcəyi bildirilib. Adi vətəndaşlar üçün təklif olunan cərimələr 10.000 ilə 50.000 rubl arasında, vəzifəli şəxslər üçün 100.000 ilə 200.000 rubl arasında, hüquqi şəxslər üçün isə 100.000 ilə 500.000 rubl arasında dəyişir.
Adəm

-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































