Magazin2
50 yaşlı aktrisa: Qadınların bir-birinə necə bənzədiyini görmək dəhşətlidir - FOTO
İngilis aktrisa Keyt Uinslet "dəhşətli" kosmetik prosedurları və arıqlama dərmanları haqda danışaraq, bu gün gənc qadınların "əsl gözəlliyin nə olduğu anlayışını" itirdiyini söyləyib.
Publika.az xəbər 50 yaşlı ulduz bu barədə "Times" qəzetinə danışıb.
O deyib ki, qadınların bir-birinə necə bənzədiyini görmək dəhşətlidir: "Bu sarsıdıcıdır. İnsanın özünə hörməti xarici görünüşünə bu qədər bağlı olanda, qorxulu olur".
Uinslet qeyd edib ki, o, istədiyi kimi geyinən, hansı formada olursa-olsun, insanları sevir, lakin çoxları arıqlamaq üçün dərman qəbul edən aktrisaları sevir: "Bəziləri özləri olmağı seçirlər, bəziləri isə özləri olmamaq üçün əllərindən gələni edirlər."
Aktrisa insanların çox vaxt bədənlərinə nə qoyduğunu bilmədiklərindən narahatlığını ifadə edib: "Sağlamlığa etinasızlıq dəhşətlidir. Mən indi həmişəkindən daha çox narahatam. Bu, tam xaosdur!"
O, təkcə məşhurları deyil, həm də botoks və digər dodaq prosedurları edən sadə insanları da tənqid edib. Uinslet vurğulayıb ki, o, heç vaxt özü belə prosedurlardan keçməyib.
"Əllərim qocalanda xoşuma gəlir - bu, həyatın sənin əlində olduğunu göstərir. Tanıdığım ən gözəl qadınlardan bəziləri 70 yaşlarındadır və məni əsəbləşdirən odur ki, gənc xanımlar əsl gözəlliyin nə olduğunu başa düşmürlər", - aktrisa deyib.
Keyt sosial medianı psixi sağlamlığa və insanların can atdığı “mükəmməllik” standartlarına dağıdıcı təsir göstərməkdə də ittiham edib. "Ürək ağrıdır. Artıq heç kim real dünyanı görmür", - ulduz qeyd edib.
Adəm

-
Cənubi Qafqaz21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var









.jpg)


























