Magazin2
Türk serial tarixində bir ilk - FOTO
ATV-də yayımlanan "Gözləri Karadeniz" serialı Qaradənizin sərt ab-havasından İstanbulun qaranlıq küçələrinə uzanan hekayəsi ilə mövsümün diqqət çəkən dram layihələrindən biri kimi ekran yoluna çıxmışdı.
Publika.az xəbər verir ki, serialın mərkəzində Rizədə böyüyən Azil Yılmaz (Halit Özgür Sarı) ilə ailənin vəkili Günəş (Özge Yağız) arasındakı münasibət dayanır. Layihənin çəkilişləri Rize/Çamlıhemşin və İstanbulda aparılırdı.
Serialın gələcəyi çərşənbə axşamı yayımlanacaq bölümün dəqiqəlik təxmin edilən reytinq göstəricilərindən asılı olacaq. Əgər reytinqlərdə gözlənilən səviyyədə artım müşahidə olunmasa, artıq çəkilmiş final səhnəsinin bölümün sonuna əlavə edilərək serialın ekran macərasının bitirilməsi planlaşdırılır.
Rejissoru Altan Dönmez, baş rollarını Halit Özgür Sarı və Özge Yağızın paylaşdığı serial 6-cı bölümdən etibarən ilk bölümünün çəkildiyi Rizeyə qayıdaraq hekayəsini yenidən Qaradəniz atmosferində davam etdirməyə başlamışdı. Bu dəyişiklikdən sonra serialın gedişatı maraqla izlənilir və hazırda bütün diqqətlər 16-cı bölümün reytinq nəticələrinə yönəlib. (Milli.Az)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















