Magazin2
“O vaxtlar ikimiz də evli idik və bu, ona sərhəd deyildi” - İddialar böyüyür
Türkiyədə narkotik istintaqı çərçivəsində həbs edilən “Habertürk”ün keçmiş baş redaktoru Mehmet Akif Ersoyla bağlı növbəti iddia gündəmə gəlib.
Publika.az xəbər verir ki, M. Akif Ersoyun narkotik testinin müsbət çıxaraq həbs olunmasının ardınca “Habertürk” kanalının sabiq aparıcısı Nur Köşker də həmkarı Tuğçe Acar kimi M. Akif Ersoy tərəfindən qeyri-etik davranış və qısnama ilə üzləşdiyini açıqlayıb.
Onun sözlərinə görə, telekanalda çalışdığı müddətdə Mehmet Akif Ersoy tərəfindən sistemli şəkildə təzyiq görüb və bu səbəbdən ciddi sağlamlıq problemləri yaşayaraq, Türkiyəni tərk etmək məcburiyyətində qalıb:
“Ona görə bunu indi açıqlayıram ki, belə bir mühitdə insan resurslarına müraciət etsəydim, başıma nələrin gələcəyini təsəvvür etmək çətin deyil. Susmağı, sakit şəkildə istefa verib getməyi seçdim. Ta ki, bu məsələlər mənim adım da çəkilməklə üzə çıxana qədər”.
Onun sözlərinə görə, “Habertürk”də işləməyə başladıqdan bir neçə ay sonra qısnama xarakterli mesajlar alıb:
“O vaxtlar ikimiz də evli idik. Lakin tezliklə məlum oldu ki, bu, onun üçün heç bir mənəvi sərhəd təşkil etmir. O, baş redaktor vəzifəsinə təyin edildikdən sonra təzyiqlər daha da artıb və istefa verdiyim gün açıq şəkildə hədələndim. Həmin təzyiqlərdən sonra uzun müddət işsiz qaldım və ağır psixoloji vəziyyətlə üzləşdim”.
Nur Köşker əlavə edib ki, Mehmet Akif Ersoyla bağlı bütün sübutları hüquq-mühafizə orqanlarına təqdim edəcək:
“Prokurorluq məndən ifadə almaq istəyir. Hazırda ABŞ-də olsam da, ifadəmi oradan verib mənə göndərilən bütün yazışmaları istintaqa təqdim edəcəyəm”.
(Qafqazinfo)
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə25 Sentyabr 14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO






.jpg)









.jpg)



















