Magazin2
Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
"Kalbimin Tek Sahibine", "Aşkımız Olay Olacak", "Ben Tek Siz Hepiniz" və "Zorun Ne Sevgilim" kimi hit mahnıları ilə yaddaşlarda iz buraxan İrem Derici bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, sosial şəbəkə paylaşımları və açıqlamaları ilə tez-tez adından söz etdirən məşhur müğənni, İstanbuldan ev aldığını açıqlayıb.
"Çox çalışdım, amma pulumu həmişə sağa-sola xərclədim. Bu dəfə bir iş görüb ev aldım. Uzun illər ərimlə yaşayacağım, uşaqlarımı dünyaya gətirib böyüdəcəyim bir ev. Çox xoşbəxtəm, hələ də inana bilmirəm. Nəhayət bacardım. Mart ayında köçəcəyik", - Derici yeni aldığı evlə bağlı belə deyib.
Məşhur müğənniyə "Münasibətdə toksik birisinizmi?" sualı veriləndə isə belə cavablayıb:
"Ümumiyyətlə toksik bir insanam, amma bu Melihlə dəyişdi. Hətta söyüşü belə tərgitmə mərhələsindəyəm. Özümü tərbiyə edirəm, çünki artıq ailə qurmaq və uşaq sahibi olmaq istəyirəm. Özümü buna hazır hiss edirəm. Mənim kimi dəli insanların uşaqları vətənə, millətə xeyirli olar. Xasiyyətləri atasına bənzəsin istəyirəm".
Bundan əlavə, Derici toy tarixini də açıqlayaraq Melih Kunukçu ilə 2026-cı ilin sentyabrında evlənməyi düşündüklərini bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)






















