Magazin2
Türkiyədə həbslərin "yeni dalğası" - Yenə xeyli tanınmış saxlanıldı - FOTOLAR
İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ilə bağlı aparılan istintaq çərçivəsində geniş əməliyyat həyata keçirilib.
Publika.az xəbər verir ki, İstanbul, Muğla, Adana və Antalya şəhərlərində təşkil olunan eyni vaxtlı əməliyyatlarda 20 nəfər saxlanılıb. Əməliyyat zamanı çoxlu miqdarda narkotik maddə və istifadəyə yarayan alətlər ələ keçirilib.
Saxlanılan şəxslər arasında model Melisa Fidan Çalışkan, oryantal Nuran Çokçalışkan, iş adamları Mehmet Tosmur və Hamdi Burak Beşer də var. Ümumilikdə əməliyyat 22 nəfərə qarşı "narkotik maddələrin istehsalı və ticarəti", "narkotik və psixotrop maddələrin istifadəsini asanlaşdırmaq üçün yer və vasitələr təmin etmə", "narkotik maddələri almaq, qəbul etmək və ya saxlamaq" və "fahişəliyə təşviq və vasitəçilik" kimi maddələr üzrə aparılıb.
Əməliyyat zamanı saxlanılmalı olan 22 nəfərdən 20-si tutulub, biri həbsdədir, digərinin axtarışı isə davam edir.
Sosial media fenomeni Ezgi Fındıq üçün də həbs qərarı verilib. Ezgi Fındıq, lüks həyat tərzi və iş adamı Seif El Attal ilə əlaqəsi ilə tanınır. Bildirilir ki, o, istintaqda saxlanılan Sercan Yaşar ilə yaxın münasibətdə olub.
İstanbul Baş Prokurorluğu açıqlayıb ki, əməliyyat gizlilik və ciddi nəzarət altında aparılır. Saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlarda kokain, marixuana və narkotik istifadə üçün alətlər ələ keçirilib.
İstintaq hələ də davam edir.(Milli.Az)
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























