Magazin2
Efirdəki hərəkətlərinə görə verilişi dayandırdılar - VİDEO
Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) "Aşkın Gücü" adlı verilişdə qadınlara qarşı istismar və təzyiqi təşviq edən məzmunların yer aldığını müəyyən edərək, proqramın yayımlandığı rəqəmsal platformaya cərimə tətbiq edib və verilişin platformanın kataloqundan çıxarılmasına qərar verib.
Publika.az xəbər verir ki, proqramda qadınların qərarvermə prosesinə müdaxilə olunur, onlar bədən və emosiyalar üzərindən obyekt kimi təqdim edilir. Qurumun qiymətləndirməsinə görə, qadınların emosional vəziyyətləri reytinq və maraq naminə istismar olunur və bu davranışlar tamaşaçılara müsbət nümunə kimi təqdim edilir.
Qərar verilişin iştirakçılarından biri olan Perinaz Şirinin hərəkətləri ilə bağlıdır. İran əsilli Perinaz Şiri memarlıq təhsilli model kimi tanınır və "Aşkın Gücü" proqramında emosional çıxışları və münasibətləri ilə tez-tez gündəmə gəlib. Sosial mediada yayılan bəzi görüntülərdə onun da yer alması verilişlə bağlı tənqidlərin daha da artmasına səbəb olub.
Qeyd edək ki, "Aşkın Gücü" verilişi son vaxtlar həm məzmunu, həm də iştirakçılar üzərindən qurulan münasibət forması səbəbindən tez-tez tənqid olunurdu. RTÜK-in bu qərarı isə oxşar formatlı proqramlara ciddi xəbərdarlıq kimi qiymətləndirilir.(Milli.Az)
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























