Magazin2
Corcina məşhur kanaldan təzminat alacaq
Madrid məhkəməsi “Telemadrid” telekanalına qarşı açılan iş üzrə Corcina Rodriges və onun bacısı İvananın xeyrinə qərar verib.
Publika.az xəbər veri ki, “Revista HOLA”nın məlumatına görə, telekanal şəxsi həyatın toxunulmazlığını pozduğuna görə 150 min dollar məbləğində təzminat ödəməyə məcbur edilib.
Söhbət 2018-ci ildə yayımlanan əyləncə proqramından gedir. Həmin verilişdə heç bir sübut təqdim olunmadan Corcinanın uşaqlıq dövrü müzakirə edilib, ailəsinin həyatına dair detallər ictimailəşdirilib, arxiv fotolar nümayiş olunub və “gizli keçmiş”lə bağlı eyhamlar səsləndirilib.
Məhkəmə müəyyən edib ki, bu material jurnalist araşdırması xarakteri daşımayıb, əsassız şəkildə şəxsi həyata müdaxilə edilib. Qeyd olunub ki, həmin dövrdə Corcina Rodriges hələ dünya miqyasında tanınmış şəxs olmayıb, ailəsi isə ictimai statusa malik deyildi. Bu səbəbdən mövzunun bu formada mediada təqdim edilməsi yolverilməz sayılıb.
Qərarda o da vurğulanıb ki, proqram Corcinanın atasının vəfatından qısa müddət əvvəl efirə gedib ki, bu da ona vurulan mənəvi zərəri daha da artırıb.
Maraqlı məqam ondan ibarətdir ki, Corcina Rodriges məhkəmədə qələbə qazandığını Dubayda olarkən, “Globe Soccer Awards 2025” mərasimi zamanı öyrənib. Həmin tədbirdə Kriştiano Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
-
İKT21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi
-
ABŞ21:12Paşinyan Sinirlioğlu ilə hansı məsələləri müzakirə edib?
-
MDB20:30Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı - YENİLƏNDİ
-
Sosial19:48Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi



































