Magazin2
“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Etirafı ilə gündəm oldu
ABŞ Prezidenti Donald Trampın 19 yaşlı nəvəsi Kai Tramp müsahibəsində şəxsi həyatı və daimi təhlükəsizlik nəzarəti altında yaşamasının çətinliklərindən danışıb.
Publika.az xəbər verir ki, gənc qolfçu “Gizli Xidmət”in 24 saatlıq müşayiətinin gündəlik həyatına, xüsusilə də sosial münasibətlərinə ciddi təsir göstərdiyini bildirib.
Kai Tramp görüşə gedərkən təhlükəsizlik əməkdaşlarının yaxınlıqda olmasının narahatlıq yaratdığını deyib:
“Bir kişi ilə görüşə gedəndə və “Gizli Xidmət” əməkdaşları arxanızdakı masada oturanda bu, həqiqətən qəribə olur”.
O, bu vəziyyətə uyğunlaşmağın asan olmadığını vurğulayıb:
“İlk bir neçə ay çox çətin idi. Kiminsə daim səni izləməsi asan deyil. Onların məni narahat etməməsi üçün çalışıram və sanki orada deyillərmiş kimi davranmağa çalışıram”.
K.Tramp müsahibəsində tanış olduğu insanlar haqqında təhlükəsizlik orqanlarını daim məlumatlandırdığını da açıqlayıb:
“Tanış olduğum insanlar barədə “Gizli Xidmət”ə mütəmadi olaraq məlumat verirəm”.
O, siyasətlə maraqlanmadığını bildirib, babasının keçmiş rəqibi Kamala Harris barədə də mülayim mövqe nümayiş etdirərək, siyasətdən uzaq durmağa üstünlük verdiyini deyib:
“Düzünü desəm, siyasətdən tamamilə uzaq dururam. Heç vaxt namizəd olmazdım və siyasətlə bağlı olmaq istəmirəm”.
Siyasəti “təhlükəli” adlandıran gənc qolfçu ifrat sağ və ifrat sol meyillərin cəmiyyətdə gərginlik yaratdığını, tərəflərin ortaq nöqtədə görüşməsinin daha sağlam olacağını bildirib.
Kai Tramp babası Donald Trampın üçüncü müddətə namizədliyi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, Tramp yenidən namizəd olmağı planlaşdırmır:
“O, üçüncü müddətə namizəd olmayacaq. Amma kim bilir, 2028-ci ilə qədər çox şey baş verə bilər”. (Qafqazinfo)
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi







.jpg)


























.jpg)
.jpg)

